+99450 373 9297
+99450 373 9297

MƏRKƏZİ KLİNİKA

Mərkəzi Klinika yarım əsirlik tarixə malik nüfuzlu bir səhiyyə ocağıdır. Mərkəzi Klinika fəaliyyət göstərdiyi on dörd ilədək bir müddət ərzində qarşısına qoyduğu vəzifələri ləyaqətlə yerinə yetirmiş və bu istiqamətdə fəaliyyətimiz davam edir. Xəstəxanamız tibbin əsas istiqamətləri üzrə xalqımıza beynəlxalq standartlara uyğun xidmət göstərərək qısa müddətdə nəinki Azərbaycanda, eyni zamanda Qafqazda böyük nüfuza malik bir şəfa ocağına çevrilmişdir. Mərkəzi Klinika beynəlxalq standartlara uyğun, daim yenilənən, tibbin son nailiyyətlərinə əsaslanan tibbi texnika, texnologiya və peşəkar personalla xidmət göstərir. Xəstəxanamızda bütün istiqamətlərdə təkmilləşmə işləri aparılır, xidmətlərimizin keyfiyyəti, növləri və istiqamətləri daim genişləndirilir, yeni layihələr həyata keçirilir.

MAMA-GİNEKOLOGİYA ŞÖBƏSİ

Öz sahəsində tibb dünyasındakı hər yeniliyi yaxından izləyən və tətbiq edən Mama-Ginekologiya Şöbəsi qadın xəstəlikləri, hamiləlik, hamiləlikdən əvvəl və doğuşla əlaqədar problemlərin həllində də müasir tibbin bütün yeniliklərini daim tətbiq etməkdədir. Şöbəmiz sonsuzluq müalicəsi, psixoloji konsultasiya xidmətləri, süni mayalanma prosesində embrionların genetik araşdırılması (PGD), təkrarlanan düşüklərin səbəblərinin araşdırılması və müalicəsi, prenatal diaqnoz və riskli hamiləliklərin təqibi kimi sahələrdə son dərəcə uğurlu xidmətlər göstərməkdədir. Doğuşun idarə olunması, doğuş və doğuş sonrası zahılara nəzarət yüksək keyfiyyətdə icra olunmaqdadır. Həmçinin, müxtəlif tərkibli, həcmli, əlverişli, güzəştli hamiləlik təqibi proqramlarımız da mövcuddur. Normal doğuşla bərabər epidural anesteziya ağrısızlaşdırma üsulundan istifadə edərək, hamilə qadınlara ağrısız doğuş xidmətini də təklif edirik. Ailələrin ən dəyərli varlığı olan uşaqlar doğulan kimi Mərkəzi Klinikanın Pediatriya Şöbəsinin təcrübəli həkim-neonatoloqları tərəfindən həyatının ilk anından etibarən xüsusi qayğı görməkdədir.