+99450 373 9297
+99450 373 9297

Süni maylanma nədir?

Qadının hamilə qalması üçün onun cinsi hüceyrəsi - yumurtahüceyrə ilə kişi cinsi hüceyrəsi- spermatozidin uşaqlıq borusunda görüşərək mayalanması və bu prosesdən əmələ gələn embrionun ,yəni gələcək uşağın uşaqlığın divarına implantasiya olunması,birləşməsi lazımdır.

Yuxarıda təsvir olunmuş mexanizmin hər hansı bir mərhələdə pozulması hamiləliyin baş tutmamasına və ya inkişafını yarıda saxlamasına səbəb olur.

Uğursuz hamiləlik cəhdlərinə səbəb faktorlar dörd qrupda cəmləşir:

1.Qadın

2.Kişi

3.Qarışıq

4.İdiopatik- səbəbi bilinməyən

 

 

Hamilə olmaq üçün mane olan faktorlar...

I.Qadın faktorları:

1.Yumurtalıq mənşəli

a.Hər iki vəya bir yumurtalığın olmaması

b.Yumurtalıq rezervinin ,yəni içərisində yumurtahüceyrə daşıyan  qovuqların ,follikulların sayının az olması

c.Ovulyasiya  ,yəni follikulun böyüyüb ,müəyyən bir ölçüyə çatdıqdan sonra partlayaraq içərisindəki yumurtahüceyrəni atması prosesinin pozulması

 

2.Uşalıq borusu mənşəli

a.Hər iki uşalıq borusunun bağlı olması

b.Uşaqlıq borularının iltihabi dəyişiklər hesabına keçiriciliyinin pozulması

c.Hər iki uşalıq borusunun anadangəlməolmaması ,ya da cərrahi əməliyyatla alınması

 

3.Uşaqlıq mənşəli

a.Uşaqlığın anadangəlmə olmaması ,cərrahi əməliyyatla alınması

b.Uşaqlığın anadangəlmə inkişaf qüsurları

c.Uşaqlıq divarının daxili qatını-endometriumun iltihabi mənşəli zədələnməsi nəticəsində implantasiya ,yəni embrionun birləşməsi prosenin pozulması

 

II.Kişi faktoru

1.İkitərəfli xayaların aplaziyası, yəni yarımçıq inkişafı

2.Spermanın olmaması- aspermiya

3.Spermatozoidin olmaması- azospermiya

4.Eyakulyasiya prosesinin pozulması

5.Spermatozidlərin sayının , hərəkətinin az, morfologiyasının anormal olması- Oliqoastenonekrozoospermiya

 

 

Süni mayalanma addım –addım...

 

 

 

 

Süni mayalanma zamanı qadına 10-11 gün müddətində onun yumurtalıqlarında follikulları böyüdən xüsusi dərmanlar inyeksiya olunur.Follikulların böyüməsi vaxtaşırı aparılan ultrasəs müayinəsi iləqiymətləndirilir.Follikullar müəyyən ölçüyə çatdıqdan sonra çatlatma iynəsi (HCG ) vurulur və 35-36 saat sonra venadaxili anestezi altında transvaginal ultrasəs müayinəsi nəzarəti ilə böyümüş follikulların mühtəviyyatı toplanır. Hansı ki, o möhtəviyyatda yumurtahüceyrələr olur.

Yumurtahüceyrələr xüsusi laboratoriya şəraitində İCSi adlanan (mikroinyeksiya  ) metodla spermatozidlərlə mayalandırılır.Mayalanmadan əldə edilən embrionların inkişafı 3-5 gün ərzində  izlənilir. Ən keyfiyyətli embrionlaruşaqlıq daxilinə yumurta toplamadan 3 və ya 5 gün sonra transfer edilir.Transferdən 13 və ya 15 gün sonra qanda verilən “ hamiləlik testinə “(HCG) əsasən qadının hamilə olub - olmadığı bilinir. Yəni EKM təxminən 20 günlük bir müddəti əhatə edən prosedurdur.

 

 

Süni maylanmadan öncə

lazım olan təhlillər

1.Qadının daxili genital orqanlarının ultrasəs müayinəsi

2.Qadının hormon profili

3.Histerosalpinqoqrafiya – uşaqlıqlığın quruluşu və boruların keçiriciliyi barəsində məlumat verən kontrastlı rentgenolji müayinə

4.Kişinin sperm analizi-Spermatozoidlər say,quruluş ,hərəkilik və digər göstəricilərinə görə araşdılır

 

 

 

 

Süni mayalanmaya hazırlıq məqsədi ilə hansı hallarda qadına cərrahi müdaxilələr aparılır?

1.Hər iki uşaqlıq borusunun ilihabi mənşəli möhtəviyyata malik olması zamanı endoskopik yolla qarının ön divarında aparılmış kiçik kəsiklərdən kiçik çanaq boşluğuna girilir və boruların bağlanması (laparoskopik tubliqasiya ) və onun çıxarılması (laparoskopik tubektomiya) həyata keçirilir.

2.Keçirilmiş çanaqdaxili infeksiya və əməliyyatlarnəticəsində bitişmə proseslərinin aradan qaldırılması - laparoskopik adheolizis

3.Kiçik çanaq orqanlarındavə onun divarında endometrioz ocaqlarının yandırılması üçün

4.Uşaqlıqdaxilinə köçürələcək embrionların implantasiyasına mane ola biləcək xoşxassəli törəmələrin – polip , submukoz miomların xaric edilməs – histeroskopik polip və miom rezeksiyası

5.İnkişaf qüsurlu uşalıqda (yəhərvari,arakəsməli) uşalıq boşluğunu genişləndirmək üçün – histeroskopik septum rezeksiyası