+99450 373 9297
+99450 373 9297

testOosit və spermatozoid donasiyası nədir?

 

Göstəriş olan hallarda başqa qadın və kişi cinsi hüceyrəsindən istifadə...Ekstrakorporal mayalanma edilən mərkəzlərdə cütlüyün yazılı şəkildə razılığı olmadan kənar cinsi hüceyrədənistifadə hüquqi baxımdan qeyri-qanuni hesab olunur.Bunu edən tibb müəssisəsi və həkim cinayət işi açılaraq cəzalandırıla bilər.

 

 

 

 

 

Oosit (Yumurtahüceyrə) donasiyasına göstərişlər

 

1.Qadının erkən menopauzaya girməsi ,onun yumurtahüceyrə ehtiyatının erkən azalması

2.Qadının hər iki yumurtalıqlarının olmaması

3.Aparılmış şüa və kimyaterapiyaya görə yumurtalıqların fəaliyyətinin itirməsi

 

 

 

 

 

Spematozoid donasiyasına göstərişlər

1.Hər iki tərəfli xayaların olmaması və ya ölçücə kiçik olması

2.Xayalarda spermatozidin əmələgəlmə prosesinin pozulması

3.Gen və xromosom patologiyalarında

4.Xarici cinsiyyət orqanlarının inkişaf qüsurlarında

 

 

Oosit donasiyası zamanı uşaqlığın daxili qişası (endometrium)  ağızdan qəbul olunan dərmanlar vasitəsi ilə hazırlanır və endometrium qalınlığı istənilən ölçüyə çatdıqda ,qanda hormonların (estradiol və progesteronun ) uyğun səviyyəsində embrion transferi həyata keçirilir. Transfer olunmuş embrion donor qadının yumurtahüceyrəsinin resipient qadının həyat yoldaşının spermatozoidi ilə mayalandırılması nəticəsində əldə edilir.

Spermatozoid donasiyası zamanı isə qadından yumurtahüceyrələrin toplanması zamanı (OPU) donor kişinin spermatozidindən istifadə olunur.

 

 

 

Spermatozoidlərin cərrahi üsulla əldə edilməsi....

Spermatozoidlər adətən eyakulyasiya yolu ilə əldə edilir.Ancaq bu prosesin pozulması zamanı , yəni xaricə sperm çıxmırsa ,ya da çıxan spermdə spermatozoid yoxdursa onda PESA , TESE kimi cərrahi üsullardan istifadə olunur.

PESA- sperm kanallarından  incə iynə vasitəsi ilə , TESE – xaya toxumasından kəsik edilərək spermatozidlərin əldə edilməsidir.