+99450 373 9297
+99450 373 9297

PGD (Embrionların genetik araşdırılması) nədir?

Transfer olunacaq embriondan bir hüceyrə götürülərək genetik araşdılırması prosedurudur.


Kimlərə tətbiq olunur :

1.Otuz altı yaş və ondan yuxarı yaşda olan qadınlara

2.İki və daha uğursuz EKM cəhdi olanlara

3.Adəti düşükləri olan qadınlara

4.Genetik xəstəliklər baxımdan risk daşıyan cütlüklərə

5.Rezus uyğunsuzluq olan hallarda rezus neqativ embrionların seçilməsi zamanı

6.Leykoz və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlara donor ola biləcək bacı və ya qardaşın dünyaya gətirilməsi üçün

7.Cins seçimi məqsədi ilə

Mayalandırma zamanı əldə edilən embrionları inkişafının üçüncü günündə embrioloq blastomere biopsiyası edir.Yəni genetikaraşdırma üçün onun bir hüceyrəsini kənarlaşdırır.Həmin hüceyrə embrionun genetic materialınıdaşıyır.PGD-yə getmiş embrionlar ya inkişafını beşinci günündə ,ya da dondurularaq növbəti aybaşı tsiklində transfer edilir.

 

Genetik araşdıra vasitəsi ilə …


1.EKM-ın uğurlu nəticələrinin sayı artır

2.Hamiləliklərin inkişafdan qalma,düşüklə nəticələnmə hallarının sayı azaldılır

3.Genetik xəstə uşaqların dünyaya gəlmə ehtimalı azaldılır .

4.Təkrarlanan uğursuz EKM cəhdlərindən sonar əmələ gələn ekonomik və psixoloji yükazaldılır.