+99450 373 9297
+99450 373 9297

Yumurtahüceyrə dondurma ...


Yumurtatoplama proseduru (OPU) ilə əldə edilən yumurtahüceyrələrin laboratoriya şəratində müxtəlif texniki üsullarla dondurularaq mühafizə edilməsidir.

1. Əgər kimyaterapiya və yaxud şüaterapiya alacaq qadınların gələcəkdə hamilə olmaq istəyi varsa , belə halda yumurtahüceyrələr əvvəlcədən toplanıb dondurulur

2. Ailəsindəki qadınlarda erkən menopauza olanlarda hamilə qalmaq şansının erkən itkisindən qorumaq üçün

3. Yumurtalıq rezervinə təsir edəcək bəzi xəstəliklər olan hallarda , bu rezervə təsir edə biləcək cərrahi əməliyyatlar planlaşdırılan hallarda yumurtahüceyrələri qorumaq məqsədi ilə

 

Sperm dondurulma hansı hallarda aparılır?


1.Eyakulyasiya problemi olan hallarda

2.Asermiya (spermin olmaması) və Azospermiya (spermatozoidin olmaması) zamanı PESA/TESE kimi əməliyyatlarla spermatozoidlər əldə edilən hallarda

3.Kişi yumurtatoplama zamanı qadının yanında ola bilməyəndə

4.Şiddətli oliqoastenospermiya hallarında

5.Kişi kimyaterapiya və şüaterapiya almamışdan qabaq

 

Embrion dondurulma nədir və hansı hallarda aparılır ?

1.Embriotransferindən sonra artıq qalan yaxşı keyfiyyətli embrionlar – transfer zamanı adətən maksimum 3 embrion transfer edilir. Əgər cütlüyün qalan keyfiyyətli və inkişafı normal dəyərləndirilən embrionları varsa , onlar gələcək transferlər üçün dondurulub saxlanılır .

2.Yumurtalıqların hiperstimulyasiya riski və yaxud OPU-dan sonra bu sindrom formalaşan qadınlarda transfer iptal olanda - çox sayda yumurtahüceyrə əldə edilən qadınlarda OPU-dan sonra qarın boşluğuna mayenin yığılması , mədə bulanma , qarında diskomfort şikayətləri müşayiət olunan sindrom (OHSS) yaranır. Bu zaman xəstənin vəziyyətini daha da ağırlaşdırmamaq üçün transfer iptal olunur .

3.Embrionların genetik araşdırılması , xüsusən bütün xromosom dəstinin yoxlanılması zamanı – PGD adlanan genetik araşdırmaya gedən embrionların daha çox dondurularaq transferinə üstünlük verirlər.Tam xromosom dəstinin yoxlanması daha çox müddət tələb etdiyindən belə müayinəyə getmiş embrionlar dondurulur.

Dondurulmaya daha çox yüksək keyfiyyətli embrionlar gedir.Çünki dondurulma zamanı yüksək keyfiyyətli embrionların yaşama ehtimalı-75-90%-dir. Aşağı keyfiyyətli embrionların yaşama şansı- 20-25%-dir.
Bütün dünyadakı göstəricilərə baxdıqda dondurulmuş embriondan hamiləlik şansı-25-50%-dir. Bu göstəriciyə klinik və laborator şərait , hamilə qalmamağın səbəbləri , xəstənin yaşı ,donu açıldıqdan sonra canlı qalan embrionların sayı təsir edir.
Bəzi araşdırmalar göstərir ki , dondurulmuş embriondan hamilə qalan qadınlarda hamiləliyin düşüklə nəticələnməsi , erkən doğuş , aşağı çəkili yenidoğulmuşun dünyaya gəlməsi , hamiləlik və doğuş zamanı döl və ya uşağın ölümü , placenta previa ( ciftin uşaqlığın aşağı seqmentində yerləşməsi ), plasenta dekolmanı (ciftin vaxtından əvvəl ayrılması) , hamiləlik qanamaları riski təzə embrion transferindən hamilə qalan qadınlara nisbətən aşağıdır.