Bartolin vəzi - Süni Mayalanma
+994 55 462 01 71 B.e - Ş: 9.00 - 15.00

Bartolin vəzi vaginal girişin hər iki tərəfində yerləşən vezlərdir. Vəzdə əmələ gələn sürüşkən və şəffaf maye vəzin kanalından keçərək cinsi oyanma ilə vaginal girişə axır.

Bartolin vəzi və absesi vəzinin kanalının hər hansı səbəbdən tıxanması nəticəsində yaranır. Kanal tıxandıqda ifrazat xaricə çıxa bilmir və beləliklə yığılmış ifrazat kanalın genişlənməsinə və nahiyədə maye ilə dolu kütlənin əmələ gəlməsinə səbəb olur. Əgər mayenin tərkibində irin varsa absesi kista, tərkibində yalnız ifrazat mayesi varsa kista adlanır.

 

BARTOLİN KİSTİ NECƏ MÜALİCƏ EDİLİR?

Absesin müalicəsi bədənin hansı hissəsindən asılı olmayaraq, absesi drenaj etməklə həyata keçirilir. Bartolin absesi absenin ən qabarıq göründüyü yerə skalpel ilə absenin açılması şəklində aparılır. Bu müalicə qadının ağrısını dəqiqələr ərzində aradan qaldırır. Abses açıldıqdan sonra Bartolin kanalı bir az daha genişlənir, təkrarlanma ehtimalı azalır.

Bu müalicədən sonra antibiotiklərdən müntəzəm istifadə etmək son dərəcə vacibdir.