Embrionun dondurulması - Süni Mayalanma
+994 55 462 01 71 B.e - Ş: 9.00 - 15.00

Embrionun dondurulma  prosesi, embrionların laboratoriya şəraitində süni mayalanma prosedurlarında istifadə ediləcək xüsusi metodlarla dondurulması və saxlanılmasıdır. Embrionun dondurulması yavaş və ya sürətli dondurma kimi fərqli üsullarla edilə bilər.Bu gün tibb sahəsindəki inkişaflar sayəsində , embrionlar vitrifikasiya dediyimiz sürətli dondurma üsulu ilə dondurulur və don açılma prosesindən sonra daha yaxşı nəticə əldə edilir.

 Embrionlar inkişaf mərhələlərinin 2-ci, 3-cü, 4-cü və 6-cı günlərində dondurula bilərlər.Dondurulma prosesində embrionlar bu proses üçün xüsusi hazırlanmış məhlullara köçürülür  və  -196 C°-də maye azot olan çənlərə köçürülür və burada don açılma prosesinə qədər saxlanılır.

  Embrionun dondurulmasının vacib olduğu səbəblər aşağıdakılardır:

– Embrion köçürüldükdən sonra keyfiyyətli embrionlar qalarsa,

– İstifadə olunan dərmanlardan asılı olaraq xüsusilə yumurtalıqların polikistozu xəstələrində baş verən hiperstimulyasiya sindromunun (OHSS) baş verməsi,

– Endometriumun kifayət qədər qalınlaşmaması,

– Polip, mioma kimi uşaqlıq içi əməliyyatının zəruriliyi,

– Kimyaterapiya və ya radioterapiya kimi reproduktiv hüceyrələrə mənfi təsir edən xərçəng müalicəsi