Embrionun köçürülməsi - Süni Mayalanma
+994 55 462 01 71 B.e - Ş: 9.00 - 15.00

Mikroinyeksiya prosedurundan sonrakı gün embrionun izlənilməsi üçün 1-ci gün hesab olunur. Birinci gün yumurtaların mayalanıb mayalanmaması yoxlanılır və mayalanmış yumurtalara artıq embrion deyilir. Embrionlar  2-5 gün laboratoriya mühitində izlənilir və ən keyfiyyətli embrionun seçilə biləcəyi gündə köçürülme prosesi həyata keçirilir. Köçürmə günü cütlüyün əldə etdiyi yumurtaların sayına, inkişaf edən embrionun keyfiyyətinə və müalicəni həyata keçirən mərkəzin yanaşmasına görə fərqlənə bilər.

Köçürüləcək embrionların sayına gələcək ananın yaşı, əvvəlki IVF müalicələri və inkişaf edən embrionların keyfiyyəti nəzərə alınaraq qərar verilir.

Embrionun köçürülməsi prosesi günü xəstədən embrionun yerləşdiriləcəyi yeri rahat görmək üçün su içməsi və sidik kisəsinin dolu olması istənilir. Prosedur zamanı embrionlar embrioloq tərəfindən nazik kateterə yüklənir və ultrasəs müayinəsi ilə həkim tərəfindən gələcək ananın uşaqlıq boşluğuna yerləşdirilir. Transferdən sonra yarım saatlıq istirahət tələb olunur. Yarım saatdan çox istirahət hamiləlik şansını artırmır.

 Embrionun köçürülməsi prosesindən sonra sonra gələcək analar:

– Siqaret və spirtli içkilərdən istifadə etməməli

– cinsi əlaqədə olmamalı

– Həkimlə məsləhətləşmədən heç bir dərman qəbul etməməli

– Ağır idmanla məşğul olmamalı

– Daimi istirahətdə olmamalı

– Hamiləlik testi gününə qədər ağır iş görmədən normal həyat sürməlidirlər.