Ovulyasiya problemləri (Polikistoz) - Süni Mayalanma
+994 55 462 01 71 B.e - Ş: 9.00 - 15.00

Ovulyasiya hər ay bir ədəd follikulun seçilib partlamasıdır. Partlamış follikulun içərisindən yumurta hücəyrə xaricə atılır. Ümumiyyətlə, hər ay öz-özünə aybaşı görən hər bir qadında hər ay ovulyasiya baş verir deməkdir.

 Ovulyasiya olmaması yəni hər ay düzənli olaraq aybaşı olmamağının ən tez-tez rast gəlinən səbəbi Polikistoz Over Sindromudur.

Polikistoz  over sindromu qadınlarda ən çox rast gəlinən hormonal pozğunluqlardan biridir. Polikistoz over sindromu  zamanı  aybaşılar gecikir. Bunun səbəbi anovulyasyondur yəni,follikulun partlamaması və ya gec partlamasıdır. Polikistoz Over Sindromu olan qadınların sonsuzluğunun ən böyük səbəbi budur. Follikulun partlamaması, yəni hər ay aybaşı görmədikcə estrogen hormonu artır və bu hamiləlik şansını azaltır. Polikistozun ən böyük səbəbi piylənmədir. Çünki yağ toxumasındakı estrogen gedib piy toxumasında testerona (kişi hormonuna) çevrilir. Kişi hormonuna çevriləndən sonra tüklənmə baş verir, qarın nahiyyəsində kişi tipli piylənmə olur. Bu xəstələrin 30-50 faizi çəki verib, həftədə 2 dəfə idman edərək anovulyasyon problemini düzəldib öz-özünə hamilə qalırlar.