Labioplastika - Süni Mayalanma
+994 55 462 01 71 B.e - Ş: 9.00 - 15.00

Labioplastika cinsiyyət bölgəsindəki dodaq içlərini azaltmaq və estetik baxımdan daha yaxşı hala gətirmək üçün edilir. Labioplastika əməliyyatlarının estetikadan başqa cinsi, gigiyenik, psixoloji və sosial faydaları var. Labioplastika qısaca olaraq vaginanın böyük dodaqları olaraq bilinən labia major və onun altında yerləşən kiçik dodaqların (labia minor) estetik görünüşə salınması əməliyyatıdır. Daxili kiçik dodaqlar yağ və tük hüceyrəsi olmayan, böyük cinsiyyət dodaqları ilə örtüldüyü üçün kənardan görünməyən, qan damarları və sinirlərlə zəngin və daima nəmli nahiyələrdir. Onların sayı 2 ədəddirlər və qatlanaraq klitorun üzərində birləşirlər. Anatomik olaraq xarici cinsiyyət dodaqları daxili dodaqların üzərini örtürlər və məhz bu səbəbdən daxili cinsiyyət dodaqlar kənardan görünmürlər..