Uşaqlıq yolunun estetik bərpası - Süni Mayalanma
+994 55 462 01 71 B.e - Ş: 9.00 - 15.00

Yaş artdıqca bədənin butün nahiyyələri olduğu kimi, uşaqlıq yolunda da bir sıra dəyişikliklər yaranmağa başlayır. Belə dəyişikliklər sağlamlıqla bərabər, psixo-emosional dəyişikliklərə də səbəb olmaqdadır. Belə ki, yaş artdıqca üzdə, boyunda, əllərdə kollagen sintezinin azlığına bağlı olaraq qırışlar, sallanmalar yarandığı kimi, uşaqlıq yolunda da kollagen sintezinin azalması nəticəsində əzələ boşluğu yaranır və uşaqlıq yolunun genişlənməsinə səbəb olur. Bu həm qadınlarda, həm də cinsi partnyorlarında əlaqə zamanı cinsi zövqün azalmasına səbəb olur. Belə hallar tək yaşa bağlı deyil, hamiləlik və doğuş sonrasında da yarana bilər. Qadın həyat keyfiyyətini kifayət qədər azaldan bir vəziyyətdir. Çox qadınlar utandığından bu durumu dillərinə gətirmirlər, ancaq mütləq olaraq bu vəziyyəti həkimləri ilə danışıb uyğun üsul seçib bu probləmlərindən azad olmaları lazımdır. Bunun üçün vaginoplastika əməliyyatına üstünlük verilməlidir.