Süni mayalanmada qarşılaşa biləcəyimiz problemlər - Süni Mayalanma
+994 55 462 01 71 B.e - Ş: 9.00 - 15.00

Süni mayalanmada qarşılaşa biləcəyimiz problemlər çoxdur. Bu yazımızda sizə onlardan bir neçəsini (əsas və ən çox qarşılaşılan) təqdim edirik. 

  • Verilmiş müalicəyə rağmən folekulların böyüməməsi.
  • Toplanmış folekullardan yumurta (oosit) əldə edilməyə bilər.
  • Döllənmə (fertilizasyon) olmaması – (Sperm ilə Yumurta birləşməsi) nəticəsində zigotun əmələ gəlməməsidir. 1-3%
  • Boru hamiləliyi 2-4% vardır.
  • Boru hamiləliyi süni mayalanma hamiləliklərində normal yolla hamilə qalanlara nisbətən daha çox görülür. Boru hamiləliyi embrionun uşaqlıq boşluğunda yox borularda implantasiya olub böyüməsinə deyilir. Boru hamiləliyində erkən vaxtlarda normal hamiləlik əlamətləri ola bilər. Normal hamiləliklərdə olduğu kimi eptupik hamiləliklərdə də mensurasiya gecikməsi, hamiləlik testlərinin müsbət çıxması, ürək bulanma, qusma, süd vəzilərində həssaslıq müşahidə edilir. Boru hamiləliyinin bir çox səbəbləri vardır Adətən uşaqlıq borusu iltihab, nəticəsində zədələndiyi və forması pozulduğu və follop borusunda embrion irəliləyə bilmir. Bəzi hormonal balansızlıqlar və ya döllənmiş yumurtanın anormal inkişafında boru hamiləliyinin ortaya çıxmasında rol oynaya bilər. Süni mayalanma olunsa belə əgər qadında daha əvvəl boru hamiləliyi olmuşsa yenidən bu xəstədə boru hamiləliyi olma riski yüksəkdir.

Süni mayalanma ilə hamilə qalma şansını azaldan səbəblər:

Süni mayalanma üçün ən önəmli faktor qadının yaşıdır. Xüsusilə yaş 35-dən yuxarı olduqda mənfi təsir göstərən parametrdir. 40 yaşdan yuxarı qadınlarda hamiləlik nisbəti əhəmiyyətli dərəcədə aşağıdır.

  1. Yumurtalıq ehtiyatının azalması (yüksək FSH)
  2. İnkişaf edən follikulların sayı və alınan yumurtaların sayı azdır
  3. Yumurtalar uyğun keyfiyyətdə deyil

Kişi faktorunun uğura təsiri də problemin nə olmasından asılıdır. Azospermiya hallarında mayalanma nəticələri onların obstruktiv (sperma kanallarında tıxanma) və qeyri-obstruktiv (sperma kanallarında maneə olmaması) olmasına görə dəyişir. Qeyri-obstruktiv azospermiyada hamiləlik nisbətləri azalır. Bundan əlavə, bu kişilərdə xromosom pozğunluqları (rəqəm və ya struktur) riski daha yüksək olduğundan, belə bir vəziyyətdə hamiləlik şansı ciddi şəkildə azalır. 

Süni mayalanmada qarılaşa biləcəyiniz problemlər barəsində daha dəqiq məlumat üçün, bizimlə əlavə saxlaya bilərsiniz