Mikro Tese (cərrahi yolla sperm əldə edilməsi) - Süni Mayalanma
+994 55 462 01 71 B.e - Ş: 9.00 - 15.00

Mikro Tese metodu barəsində danışmadan öncə qeyd edilməsi gərəkən bir məsələ var. Azoospermiya yəni eyakulyatda sperm hüceyrəsinin olmaması kişilərdə görülən sonsuzluğun ən irəli mərhələsidir. Bir neçə il əvvələ qədər həll oluna bilməyəcəyi düşünülən bu vəziyyətin son illərdə texnologiya inkişafı ilə birlikdə yüksək sürətlə həll edilə bilir. Bu həll müddətində böyük rol oynayan metodlardan biri Mikro TESE üsuludur. Mikro TESE, mikroskop altında cərrahi üsullarla xayadan sperma alınması prosesidir. Bu üsul kişi sonsuzluğunda tətbiq edilən son üsullardan biridir. Eyakulyatda heç bir sperm hüceyrəsi olmayan xəstələrlə birlikdə, həmçinin 100% hərəkətsiz sperm hüceyrəsi olan xəstələrə tətbiq oluna bilər.

Mikro TESE əməliyyatı anesteziya altında həyata keçirilir. Sperma alınma müddətindən asılı olaraq əməliyyat 2 saata qədər davam edə bilər. Mikroskop altında hər iki xayadakı kanallar araşdırılır və daha geniş görünən kanallardan toxuma nümunələri götürülür. Sperma hüceyrəsinin əmələ gəlməsi xayanın müxtəlif yerlərində baş verə biləcəyi üçün ən az 4 fərqli nöqtədən toxuma nümunələri götürülməlidir. Alınan toxuma nümunələri parçalanır və mikroskop altında sperma hüceyrələrinin olub olmadığı yoxlanılır. Əldə edilən sperma hüceyrələri yuyulma texnikası ilə ayrılaraq mikroinyeksiya prosesində istifadə edilir və ya gələcəkdə istifadə üçün dondurulmuş halda saxlanılır. Dondurma prosesi spermanın keyfiyyəti pozulmur, əksinə ikinci dəfə süni mayalanmaya ehtiyacı olan xəstələrdə TESE prosedurunun təkrarlanmasının qarşısını alır.