Sonsuzluğun səbəbləri - Süni Mayalanma
+994 55 462 01 71 B.e - Ş: 9.00 - 15.00

Sonsuzluğun səbəbləri barəsində danışmaq istəsək, qeyd edək ki, bu şəxslərə və mövcud durumlara görə dəyişir.

Sonsuzluq 1 il ərzində qorunmadan nizamlı cinsi ələqəda olmasına baxmayaraq hamiləliyin baş tutmamasıdır.

Evli cütlüklərin 15% i sonsuzluqla rastlaşır.

Sonsuzluğun səbəbləri barəsində danışmışkən qeyd edək ki, sonsuzluq 2 yerə bölünür.

BİRİNCİLİ SONSUZLUQ – heç vat hamilə qalmayan.

İKİNCİLİ SONSUZLUQ –  daha əvvəl hamilə qala bilmiş,  lakin hazırda  hamilə qala bilməyən qadın.

Nizamlı cinsi əlaqədə olan cütlüklərin aylıq hamiləlik sayı 25%, ilk 3 ay ərzində 40%, 6 ay ərzində 60%, 1 il ərzində 85% – i təşkil edir. Bu səbəbdən cütlüklərin (30 yaşa qədər) 12 ay gözləmələri məsləhət görülür. Yaşı 35-dən çox olan qadınların isə 6 aydan sonra həkimə müraciət etməlidirlər. Sonsuzluğun 25% i kişi, 25% i isə qadın faktoru təşkil edir. 25% i hem qadın hem kişi , 25 I ise sebebi tapilmayan olaraq adlandırılır.

Bu səbəbdən sonsuz cütlüklər mütləq birlikdə araşdırılmalıdır.