PAP SMEAR - Süni Mayalanma
+994 55 462 01 71 B.e - Ş: 9.00 - 15.00

Smear testi nədir?

Pap smear (Pap test) qadınlarda uşaqlıq boynu xərçəngi (serviks) və ya xərçəngdən əvvəlki  dövrü skrininq üçün istifadə edilən bir testdir. Pap-smear xərçəngdən əvvəlki və ya xərçəngli lezyonları müalicə oluna biləcək mərhələdə aşkar etməyə imkan verir.

 

Pap Smear Testi nə vaxt aparılır?

 

Olduqca sadə və heç bir ağrı yaratmayan Pap Smear Testi ilk cinsi əlaqədən 3 il sonra və ya 21 yaşından sonra edilməlidir.

30 yaşından kiçik qadınlar üçün ildə bir dəfə edilməsi uyğun olan Pap Smear Testi, 30 yaşdan yuxarı qadınlarda ardıcıl 3 dəfə aparılmalıdır.

 

Smear Testi Necə Edilir?

Smear testi sadə və ağrısız bir prosedurdur. Test menstruasiya zamanı aparılmır. Əvvəlcə uşaqlıq boynunun görünməsi üçün vajinaya bir spekulum (müayinə aləti) daxil edilir. Daha sonra uşaqlıq boynuna xüsusi fırça çəkilir və uşaqlıq boynunda riskli nahiyədən tökülən hüceyrələr toplanır. Bu hüceyrələr uşaqlıq boynu xərçəngi üçün şübhəli dəyişiklik olub-olmadığını öyrənmək üçün patoloq tərəfindən mikroskop altında araşdırılır.