Mikroinyeksiya - Süni Mayalanma
+994 55 462 01 71 B.e - Ş: 9.00 - 15.00

Yumurta toplama prosesi ilə toplanan yumurtalar, bu iş üçün xüsusi olaraq istehsal edilən ana uşaqlıq mühitini təqlid edən inkubatorlarda  2-3 saat saxlanılır. 2-3 saatdan sonra onları əhatə edən kumulus hüceyrələri deyilən hüceyrələri çıxarmaq üçün təmizlənmə prosesinə məruz qalırlar. Bu proses nəticəsində yetkin yumurta müəyyən edilir və mikroinyeksiya, yəni mayalanmaya hazır olur.

    Yumurtaların toplanması və hazırlanması zamanı xəstəxana şəraitində kişi xəstələrdən sperma nümunələri toplanır və müvafiq məhlullarla yuyularaq mayalanma üçün hazırlanır. Bu yuyulma prosesi ilə ən keyfiyyətli sperma hüceyrələri ayrılmış olur.

    Mikroinyeksiya prosesində bu yumurtanın içinə seçilmiş canlı və keyfiyyətli sperma hüceyrəsi çox nazik şüşə iynə vasitəsilə yerləşdirilir. Beləliklə, spermanın birbaşa yumurtaya daxil olması təmin edilməyə çalışılır və mayalanma həyata keçirilir. Mikroinyeksiya üsulunda yumurtanın mayalanma ehtimalı normal şəraitdən daha çox yüksəkdir.

    Mikroinyeksiya proseduru IVF müalicəsi üçün müraciət etmiş bütün cütlüklərə tətbiq edilsə də, aşağıdakı vəziyyətlərdə daha çox üstünlük verilir:

– Sperma sayı və aşağı hərəkətlilik

– Gələcək anada sperma hüceyrələrinə qarşı antitellər

– Klassik IVF müalicəsindən nəticə əldə edilməməsi

– Mikro TESE və TESA kimi cərrahi əməliyyatlarla sperma əldə etmək

– Səbəbi bilinməyən sonsuzluq