Yumurta dondurma - Süni Mayalanma
+994 55 462 01 71 B.e - Ş: 9.00 - 15.00

Yumurta dondurma proseduru haqqında yəqin ki, eşitmisiniz. BU yazımızda sizə bu barədə danışacağıq. 

Yaşla hamiləlik nisbətlərinin azalmasının ən əhəmiyyətli səbəblərindən biri də yaşla birlikdə yumurta keyfiyyətinin azalmasıdır. Ən sadə deyimlə, yumurtanın dondurulması, gələcək ananın yumurtalarının gələcəkdə istifadə edilməsi və beləliklə də, sonrakı illərdə qadının hamiləliyini qorumaq məqsədi ilə dondurularaq saxlanmasıdır. Amerika Reproduktiv Tibb Assosiasiyası tərəfindən rutin bir üsul olaraq bildirilən yumurta dondurma proseduru, hazırda hamilə qala bilməyən və ya risk altında olan və ya ana olmaq istəyən qadınlar tərəfindən tətbiq edilə bilən bir üsuldur.

Yumurtaların dondurulmasında hormonal  terapiya IVF müalicəsində olduğu kimi tətbiq edilir. Orta hesabla 10-14 gün davam edən dərman müalicəsi ilə yumurtalıqlar nəzarətli şəkildə stimulyasiyasından sonra anesteziya altında yumurta toplanması həyata keçirilir. Prosedur zamanı əldə edilən yumurta hüceyrələri ətrafdakı kumulus hüceyrələri çıxarıldıqdan sonra vitrifikasiya (sürətli dondurma) üsulu ilə dondurulmaqla maye azot tanklarında -196 C°-də saxlanılır.

Yumurtanın dondurulması aşağıdakı hallarda tətbiq oluna bilər:

– Kimyaterapiya və radioterapiya kimi yumurta hüceyrələrinə zərər verə biləcək müalicələrə başlamazdan əvvəl

– Reproduktiv funksiyaların itirilməsinə səbəb olacaq cərrahi əməliyyatlardan əvvəl

– Ailəsində erkən menopauza olan və ya yumurtalıq ehtiyatı az olan, lakin hələ hamilə qalmamış qadınlarda

– Yumurta toplama günündə yoldaşında sperma hüceyrəsi olmayan xəstələrdə

– Hamiləliyini gecikdirmək və gec yaşda ana olmaq istəyən qadınlarda