Hamiləlikdə qidalanma - Süni Mayalanma
+994 55 462 01 71 B.e - Ş: 9.00 - 15.00

Hamiləlikdə düzgün qidalanma həm ananın, həm də körpənin sağlamlığı üçün olduqca önəmlidir. İnsanlar arasında “Sən iki canlısan çox yeməlisən” ifadəsi olduqca yanlışdır. Hamiləlik zamanı artıq çəki almaq həm ananın, həm də körpənin sağlamlığı baxımından olduqca zərərlidir.

 

Bu müddət ərzində qadınlar nələrə diqqət etməlidir?

  • İlk öncə hər gün mütləq 2l su içməlisiniz. Sizin içdiyiniz su sayəsində dölyanı maye yenilənəcək. Əks halda döl öz sidiyi ilə bəslənəcək.
  • Gündəlik yeməyinizi 5-6 kiçik və ya orta hissəyə bölməklə, bədəninizdəki toxluq hissini azalda bilərsiniz.
  • 9 aylıq müddətində şəkəri həyatınızdan çıxardıb,onu quru meyvələrlə əvəz etməlisiniz.
  • Konservləşdirilmiş qidalardan, hazır yeməklərdən,fast foodlardan mütləq dərəcədə uzaq durmalısınız
  • Hamiləlikdən əvvəl səhər yeməyi vərdişiniz olmasa belə, hamiləlik zamanı diqqət yetirilməli ilk şeylərdən biri səhər yeməyini həyatınıza daxil etmək və onu atlamamaqdır. Günün ən vacib yeməyi olması ilə yanaşı, uzun müddət ac qalmanızın qarşısını alaraq, bədəninizin qan şəkərini nizamlı olaraq saxlayır. Səhər yeməyi olmayan bir gündə günortaya doğru qan şəkərinizin aşağı düşdüyünü, ürək bulanması, başgicəllənmə hiss edə bilərsiniz.
  • Hamiləlik zamanı uşaq amniotik mayeni udduqda yediyiniz qidaların dadını alacaq. Bu, körpənin dad hisslərini formalaşdıracaq. Siz hamiləlik zamanı menyunuzda nə qədər meyvə-tərəvəzə yer versəniz, şəkəri həyatınızda çıxarsanız, uşaq da doğumdan sonra o qidaları daha çox sevəcək