Səbəbi açıqlana bilməyən sonsuzluq - Süni Mayalanma
+994 55 462 01 71 B.e - Ş: 9.00 - 15.00

Səbəbi açıqlana bilməyən sonsuzluq nədir?

Səbəbsiz və ya açıqlana bilməyən sonsuzluq cütlüyün uşaq sahibi olmasına mane olan vəziyyəti tam olaraq müəyyən edə bilməməkdir. Bilindiyinin əksinə olaraq sonsuzluğun tək səbəbinin qadın və ya kişi olmadığı hallar üçün bu vəziyyət başqa bir variant olaraq ortaya çıxır. Bu zaman həkimin bütün analizlər nəticəsində qoyduğu diaqnoz səbəbsiz sonsuzluqdur.

Səbəbi açıqlana bilməyən sonsuzluq problemində sperma analizinin əhəmiyyəti nədir?

Yeni inkişaflar fonunda açıqlana bilməyən sonsuzluq üçün bəzi izahedici məlumatlar olsa da, bu gün hər 6 cütdən birində sonsuzluğun səbəbini müəyyən etmək mümkün deyil. Hamiləliyin baş verməsi üçün sperma sayının kifayət etmədiyini bilmək lazımdır. Sperma forması sonsuzluq üçün əhəmiyyətli bir məlumatdır. Müalicə yalnız təcrübəli mütəxəssis tərəfindən mikroskop altında spermanın morfologiyası qiymətləndirildikdə tam uğurlu ola bilər. Sperma formalarını alətlə müəyyən etmək mümkün olmadığı üçün mütəxəssisin bilik və təcrübəsi müalicənin müvəffəqiyyətinə birbaşa təsir edir. Mütəxəssis embrioloqlar tərəfindən ən müasir laboratoriyalarda edilən qiymətləndirmələr səbəbi bilinməyən sonsuzluq diaqnozu qoyulan insanlar üçün ən yaxşı müalicə planının hazırlanmasında əhəmiyyətlidir.

Mərkəzimizdə mütəxəssis komandamız və qabaqcıl texnologiyalar sayəsində minlərlə insanı uşaq sahibi etməyə davam edirik.

İDİOPATİK SONSUZLUQ – səbəbi açıqlanmayan sonsuzluq.

Tibbin imkanları ilə ortaya qoyula bilməyən sonsuzluq – Səbəbi açıqlanmayan sonsuzluqdur.

Səbəbi açıqlana bilməmiş sonsuzluq termini gözümüzdəki diaqnostik üsulların sərhədini göstərir.

Ümumi statistikanın 25% – təşkil edir.