Vaginal histerektomiya - Süni Mayalanma
+994 55 462 01 71 B.e - Ş: 9.00 - 15.00

Vaginal histerektomiya vaginanın üst tərəfindən açılan kiçik kəsikdən rəhim və rəhim ağzının xaric olunması əməliyyatıdır. Çox yayılmasa da, bəzən eyni zamanda yumurtalıqların da alınması mümkündür. Bu tip sıxıntıları olan qadınlar problemi gənc yaşlarda hiss etmirlər. Əzələ bağları daha sıx olduğundan, yumşalma hələ bir müddət də özünü göstərmir. Amma 40 yaşdan sonra bağların da boşalması ilə rəhmin sallanması hiss edilir. Amma qeyd edək ki, həyatı riskə atan bir pozulma deyil.  Bu qadınlarda rəhim çölə çıxır, sidik kisəsi də sallanır, bağırsaqda yırtıq belə əmələ gəlir. Bəzi həkimlər hər üç problemi bir əməliyyatda sonlandırır. Beləcə tez-tez sidiyə getmə problemi də aradan qalxır.