Hamiləlik zamanı idman - Süni Mayalanma
+994 55 462 01 71 B.e - Ş: 9.00 - 15.00

Hamiləlik zamanı idman çox mühüm bir məsələdir. Hamiləliyin ilk trimestrində idman hərəkətlərinə açıq havada sürətli yürüşlər, yaxud yoqa və ya pilates şəklində başlamaq olar. Bunu ilk trimestrdə deyil, bütün hamiləlik boyu etsəniz, hamiləliyinizə müsbət anlamda təsir edər. Hamilələrə idman nəyə görə vacibdir?

İdman doğuş prosesində iştirak edən əzələləri möhkəmləndirir və məşq edir,

Beldə ağrıların, qəbizliyin, ayaq şişlərinin aradan qaldırılmasına kömək edir.

Əhval-ruhiyyəni qaldırır, enerjini artırır.

Yuxunu yaxşılaşdırır, tez yorulmanı aradan qaldırır,

Hamiləliklə əlaqədar ümumi diskomfortu azaldır.